Azərbaycanın bu ərazisində toylara icazə verilib? - RƏSMİ AÇIQLAMA
29 Mart 2021 15:37 SosialSosial şəbəkələrdə Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Məlumatda qeyd edilib ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etməyə icazə verilib.
Olaylar.az bildirir ki, unikal.org-a açıqlama verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli məsələyə münasibət bildirib.
O qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Yazılanlar həqiqəti əks etdirmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31