Bakıda dəhşətli OLAY: Kombayn işçinin başını kəsdi
29 Mart 2021 15:22 SosialBakıda daş karxanasında kombayn işçinin başını kəsib.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən - kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirov ölüb.
Müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31