Lənkəran sakinindən 2 kq-dan artıq narkotik götürülüb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Olaylar"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyein yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31