Stadionundan oğurluq edən şəxs ələ keçib

"Xəzər Lənkəran" futbol klubunun stadionundan külli miqdarda oğurluq edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Olaylar"a verilən məlumata görə, rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlanıb. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən rayonun Sütəmurdov  kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan  metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31