AP: ÜST COVID-19-un yaranma səbəbini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri və çinli alimlər Çindəki birgə elmi fəaliyyətlərin nəticələrini nəzərə alaraq koronavirusun yarasalardan bilinməyən başqa heyvan vasitəsilə insanlara keçə biləcəyi qənaətinə gəlib. Bu barədə "Associated Press"  nəşr olunmamış ekspert hesabatına istinadən xəbər verib.

Olaylar.az xəbər verir ki, mütəxəssislər virusun laboratoriyadan sızma nəticəsində yayılması versiyasını rədd edib.

Onlar virusun mənşəyi ilə bağlı tədqiqatları davam etdirmək niyyətindədirlər.

"AP" qeyd edir ki, alimlərin müvafiq hesabatı dərc etməsi dəfələrlə təxirə salınıb.

Agentlik sənədin yekun versiyasını martın 29-da ÜST üzvü olan İsveçrənin Cenevrədəki diplomatından əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31