Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldılar
29 Mart 2021 11:07 SosialCəbrayıl rayonunda işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş əraziyə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu "Mersedes" markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31