Politoloq: “Yeni marifləndirici metod tapılmalıdır”

"Bir ildən çoxdur, pandemiya şəraitində yaşayırıq. Bu müddət ərzində əl yumaq məsələsi ilə bağlı onlarla maarifləndirici material yayımlanıb - nəticə faydasızdır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, psixoloqlar və sosioloqlar bu istiqamətdə yeni metod tapmağa çalışmalıdırlar: "Hansı söz, hansı ifadə seçilməlidir ki, cəmiyyət içində olan insan əl yumağın zəruriliyini dərk etsin?! Bəlkə, yeni bir reklam çarxı hazırlansın, əcaib-qəraib fonda molla "əlinizi yuyun, yoxsa biz sizi yumaq məcburiyyətində olacağıq" desin. Axı insan şüuraltındakı qorxular vasitəsilə idarə olunur".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31