Koronavirusun daha bir ştammı aşkarlandı

Çexiyada koronavirusun yeni ştammı aşkarlanıb.

Yeni ştamm koronavirus testləri aparan "Elisabeth Pharmacon" ixtisaslaşdırılmış laboratoriyanın əməkdaşları tərəfindən müəyyən edilib.

Məlumata əsasən, yeni aşkarlanan ştamm bundan əvvəl müəyyən edilən "Britaniya" və "Cənubi Afrika" ştammlarından daha təhlükəli deyil.

Hazırda yeni ştammın araşdırması davam edir. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31