Fulya Öztürk müharibədən elə görüntülər yayımladı ki... - Tükləri ürpərdən VİDEO
28 Mart 2021 20:03 Sosial"CNN Türk" telekanalı Vətən müharibəsi ilə bağlı sənədli film hazırlayıb.
Olaylar.az xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.
Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.
Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərinin raket zərbələri ilə bombalaması ilə törətdiyi terror aktlarından və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31