Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı
26 Mart 2021 10:04 SosialBakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Əliyeva Elmira Mahmud qızını 3-cü mikrorayon dairəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı və başın əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31