Azərbaycanda ilk geyim markası yaradıldı

Azərbaycanda ilk geyim markası yarandı.

Olaylar.az xəbər verir ki, markanın adı SCORPİON, yaradıcısı isə Mehman Ələkbərovdur.  Martın 24-də The Office coworking mərkəzində SCORPİON markasının təqdimatı keçirilib.

 

Təqdimatı giriş nitqi ilə açan Mehman Ələkbərov Misir mifologiyasında gücü simvolizə edən SCORPİON insanların şüuraltına qətiyyət, hədəfə fokuslanma istiqaməti verdiyini, eyni zamanda atəş, temperament, inadkarlıq, sadiqlik, ambisiya, dürüstlük və qətiyyətin simvolu olduğunu, bu mifik güclərdən olan inadkarlıq və qətiyyətin markanı yaratmaqda köməklik etdiyini qeyd edib.

Piratçılıqdan qorumaq üçün xüsusi proqramın mövcudluğunu vurğulayan Mehman Ələkbərov  Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyində (köhnə standartlaşma, serfikasiya və patent üzrə dövlət agentliyi) markanın qeydiyyatdan keçdiyini və patentləşdirildiyini bildirib:

"Məhsulun orjinallığı xüsusi pasportla öz təsdiqini tapır. Eyni zamanda satış zamannı xüsusi reseptlə hazırlanmış SCORPİON ətrindən 1 qram xüsusi tubiklərdə paketlərə yerləşdirilir. Xüsusi zəmanət talonu yazılır və müştəriyə təqdim olunur. Bütün bu saydıqlarım fərqimizin, müştərilərimizə verdiyimiz dəyərin göstəricisidir. Mən əminəm ki çıxıdğımız bu yolda dostlarn və tərəfdaşların dəstəyi ilə uğur qazanacaq, SCORPİONU bir dünya nəhənginə çevirəcəyik".

Təqdimatda İpək Uniform MMC-nin direktoru Orxan Əhmədzadə,  Premiere tədris mərkəzinin təsisçisi və direktoru psixoloq Humera Hüseynova, şirniyyat və gül şəbəsi Olenin təsisçisi Müşfiq İsgəndərov, GLC TRADE AGENCY logistika şirkətinin direktoru Vidadi Məmmədov, ATM lift MMC-nin direktoru Mehdi Tahirov, Fortis Academy-nin direktoru Ramil Hacıyev, media nümayəndəsi Tehran Tağıyev, və sair şəxslər iştirak edib.

SCORPİON brendinin insan resursları üzrə müvəqqəti nəzarətcisi isə Oktay Cəlilovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31