Bakıda dəhşət: Gənc qızın ayaqları sındı
25 Mart 2021 10:16 SosialBakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. "Nəsimi" metrostansiyasının yaxınlığında 2001-ci il təvəllüdlü Məmmədova Sara Qəzənfər qızını avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub. oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31