“Konya 2021 - 5-ci İslam Həmrəyliyi Oyunları”na hazırlıq görüşü keçirilib
23 Mart 2021 10:29 SosialMilli Məclisin deputatı Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə komitəsinin üzvü qismində Türkiyə Təşkilat Komitəsi və İHİF Koordinasiya Komitəsinin birgə keçirdiyi "Konya 2021 - 5-ci İslam Həmrəyliyi Oyunları"na hazırlıq görüşündə iştirak edib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı millət vəkili özünün facebook səhifəsində verib.
Bildirib ki, görüşdə pandemiya ilə əlaqədar olaraq, Konyada keçiriləcək 2021-ci İslam Həmrəylik Oyunlarının hazırlıqları ilə bağlı son durum nəzərdən keçirilib:
"İştirakını təsdiqləmiş ölkə və əlavə olunacaq idman siyahıları ilə tanış olduq, yazılı materiallar, maarifləndirmə-təbliğat və logistik məsələlər üzərində xeyli iş apardıq. Görüşdə mən də oyunlara hazırlıqlar prosesi ilə bağlı müvafiq təkliflərimi irəli sürdüm".