ÜST koronavirusun ortaya çıxması ilə bağlı yeni versiya irəli sürdü

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un ortaya çıxmasının yeni səbəbini açıqlayıblar.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" yazıb.

Agentliyin məlumatına görə, gələn həftə bununla bağlı hesabatın yayımlanması gözlənilir.

ÜST-ün materiallarına görə, COVID-19-un meydana çıxmasına Çində heyvan ticarəti təsir edə bilər. İddialara görə, mütəxəssislər koronavirusla Ağır Kəskin Tənəffüs sindromu (SARS) yaradan virus arasında oxşarlıq tapıblar. Əvvəlcə onun daşıyıcıları yarasalar olub, insanlara isə kiçik məməlilər tərəfindən ötürülüb.

"Hələ tamamlanmayan işin bu mərhələsində gəldiyimiz əsas nəticəyə görə yeni koronavirus elə SARS-ın yarandığı yolla ortaya çıxıb", - deyə ÜST-ün rəhbərliyi altında Uhana səfər edən britaniyalı zooloq Piter Dazsaka bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31