Nazpəri Dostəliyevanın oğlunun ölüm səbəbi məlum oldu - FOTO

Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.

Bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Xalq artistinin iki oğlu var.

Nazpəri Dostəliyeva bir dəfə Nəriman adlı bəylə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu var.

1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevib seçdiyi Nərmin adlı xanımla ailə həyatı qurub. Həmin nikahdan onların  Tamerlan adlı oğulları var.

Bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır .

Bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. oxu24.com

Nazpəri Dostəliyevanın oğlunun ölüm səbəbi məlum oldu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31