Bakıda evdə yanğın olub, xəsarət alanlar var
22 Mart 2021 10:32 SosialBakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.
Olaylar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31