Bir gün qapın döyülə... Aytən Hüseynova yazır
20 Mart 2021 22:35 SosialBir gün qapın döyülə...
Açasan,görəsən Tanrı..çökəsən səcdəsinə,əl açasan göylərinə,hər gün etdiyin şükürə qatasan min şükürü..Deyəsən öz -özünə:"Nə yaxşı tanıdı qapımı"
Oturasan qarşısında,baxasan təmiz gözlərinə,qarışasan nuruna,möcüzəli işığına,toxunasan ətəyinə.Xəyalına dilin ilə dediklərini anladasan baxışınla..dərdlərini,sərlərini,bitməyən kədərini..Deyəsən ki:
-A Tanrım,mən yadıyam bu dünyanın,gözümün gördükləri,qulağımın eşitdikləri ağır gəlir könlümə,dar gəlir ruhuma,sıxır məni məngələr,boğur məni yad əllər,apar məni yanına..
Baxışınla yalvardığın bir anda qorxasan ki,Tanrı da köcüb yer üzünə,əlin hər şeydən üzülə,qəmli-qəmli baxıb üzünə, yalvarasan gözlərinlə:"Sən Allah,Sən Tanı,amandır qayıt yerinə,enmə bir də bu yerlərə,əl acaçaq,bir tək sənsən,güvənəçək tək kimsəsən,sən də dönmə yer üzünə,bulaşasan cirkablara,verdiyin sözü tutmayassan,arada yalan danışassan,aldadıb aldanacaqsan,kimi var-dövlət istəyəçək,kimi "öldür" deyəçək,vəzifə istəyən kim,başqasına quyu qazanlar səni özlərinə bel edəçək,doymayaçaq gözləri:ev,maşın,pul,hər şeyə sahib olanlar hələ hey deyəçək:"gətir,gətir,ver,ver,doldur,doldur".Bezəcəksən Allah haqqı,üzüləcəksən,Tanrı haqqı ,sonra da sıxılacaqsan,adiləşəcəksən öz özündə,mənim də gözümdə,mən də qalacam yiyəsiz tək tənha,kimsəsiz,əl acmağa,inanmağa,dərd deməyə bir sən varsan,qayıt göylərə,amandır,ruhun yetər könlümə,əgər bir az sevsən məni götür apar göylərinə...