"Novruz bayramını qalib xalq olaraq qeyd edirik"

"Əziz dostlar, tarixi, mənəvi və milli adət-ənənəmizdə xüsusi yer tutan Novruz bayramı Vətənimiz, xalqımız üçün xeyirli, ruzili, bərəkətli olsun". Olaylar xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Milli Məclisin sədr müavini, deputat Adil Əliyev yazıb.

"Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram. Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun. Bayramınız mübarək!", deyə o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31