İlin sonuna qədər COVID-19-a qalib gəlmək inandırıcı deyil” -  ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda yeni növ koronavirus infeksiyasına yoluxmanın sayında azalma yox, əksinə, Avropada olduğu kimi yoluxanların sayında artım müşahidə edir.
 Olaylar xəbər verir ki, bunu ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.Onun sözlərinə görə, dünyada milyonlarla insanın ölümünə səbəb olan virusu məğlub etmək çox vacibdir:
 "Bu ilin sonuna qədər tam qələbənin əldə ediləcəyi inandırıcı deyil. Lakin yoluxmanı, ölümləri və xəstələnmələri azaltmaq bizim əlimizdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31