Nazir internat məktəbinin direktoru və müavinini cəzalandırdı
19 Mart 2021 15:29 SosialBakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.
Təhsil Nazirliyindən bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.
Bundan başqa, direktora töhmət verilib.
Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31