Bəhruz Quliyev: “Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı humanizm və insanpərvərlik siyasəti öz mütəmadiliyini bundan sonra da qoruyacaq”

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilk növbədə dövlət başçısının humanizm siyasətinin ardıcıl şəkildə davam etdirilməsinin bariz göstəricisidir.

Bunu Olaylara-a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, bu siyasət artıq ənənə halını alıb və Novruz bayramı ərəfəsində əfv sərəncamının 600-dən çox insana şamil olunması həmin siyasətin əməli isbatıdır: "Bildiyimiz kimi, Prezident İlham Əliyev yürütdüyü siyasətdə daim insan amilinin prioritet təşkil etdiyini vurğulayır. Bu baxımdan, hazırkı dövrə qədər imzalanaraq, humanizm prinsipinə söykənən əfv sərəncamları da sözügedən amili kifayət qədər nümayiş etməkdədir. Artıq Novruz bayramı ərəfəsində Prezidentimizin imzaladığı növbəti əfv sərəncamından yararlanan şəxslər da xalqımızın milli bayramını öz evlərində, isti ailə ocaqlarında keçirəcəklər".
Ekspert daha bir diqqətçəkici məqama da toxunaraq qeyd edib ki, zaman-zaman Azərbaycanda mövcud demokratik dəyərlərə qərəzlə yanaşan bir sıra dairələr nədənsə bu cür mühüm sərəncamlara heç bir münasibət bildirmirlər: "Maraqlıdır ki, bir sıra bəlli təşkilatlar bu cür ardıcıl humanist addımlar atılarkən səslərini çıxarmırlar. Çünki görünür belə humanist addımları dilə gətirmək, Azərbaycanda humanizm siyasətinin hətta digər aparıcı dövlətlərə nümunə olduğunu etiraf etmək onlara sərf etmir. Ona görə də daha bir amilə də toxunmaq istərdim ki, sözdə insan azadlıqları və s. kimi bəhanələr altında fikir yürüdənlərin əslində humanizm prinsiplərinə sədaqətlikləri heç vaxt olmayıb və yoxdur. Onların daimi "prinsipləri" budur ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparsınlar. Ancaq gördüyümüz kimi, müstəqil siyasətimiz və sosial sahədə uğurlarımız, aparılan inqilabi islahatlar bizi istəməyənləri susdurur. Elə növbəti sərəncam da bu reallığı kifayət qədər ehtiva etməkdədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31