Ramiz Hüseynzadənin oğlu atasından YAZDI - FOTOLAR
19 Mart 2021 11:14 SosialXəbər verdiyimiz kimi, aktyor Ramiz Hüseynzadə ötən gün dünyasını dəyişib.
Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 3 övladı var. O, sosial şəbəkə hesabında oğulları Abdul, İlkin və qızı Məryəm ilə hər dəfə fotolarını yayımlayıb.
Mərhumun oğlu Abdul atası ilə şəkil yayımlayaraq "Can ata, sənin bütün arzularını, planlarını yerinə yetirəcəm. Sən bizə tərbiyə verib, böyütməyi bacardın. Hər şeyə görə şox sağ ol" sözlərini yazıb.
Qeyd edək ki, tamaşaçılar Ramizi "Tək səbir"dən tanıyırlar. 41 yaşlı aktyorun ölümünə səbəb beyninə qan sızması olub.









Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31