“İmperator” Dərbənddə
18 Mart 2021 14:00 SosialYazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "İmperator" pyesi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşaya hazırlanır.
Tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir.
Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edir.
Tamaşanın bu ilin mayında premyerasının olacağı gözlənilir.
Bu barədə məlumatı Teatrın direktoru, Dağıstan respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov verib.
Qeyd edək ki, "İmperator" pyesinə ölkəmizdə bir neçə dəfə, müxtəlif rejissorlar tərəfindən quruluş verilib, İsveçdə həmvənlərimiz üçün də nümayiş etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31