Nəqliyyat vasitəsində mobil telefonlar və dərman vasitələri aşkarlandı
18 Mart 2021 15:14 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.Gömrük baxışı zamanı avtomobilin gizli saxlanc yerlərində gömruk nəzarətindən gizlədilən, 224 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatları, 9 ədəd üzərində "OCB Slim Preimum" yazısı olan tütün doldurmaq üçün yayma kağız, 3 ədəd "İphone 12 Pro Max Pacific Blue 128 GB" və 1 ədəd qutusu və aksesuarları olmayan "İphone" markalı telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.