Sərtləşməni qaçılmaz edən amillər
Məlum olduğu kimi Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirb və bu proses davam etməkdədir
18 Mart 2021 14:10 SosialMəlum olduğu kimi Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirb və bu proses davam etməkdədir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Bununla kifayətlənməyən dövlətimiz hətta iqtisadi baxımdan inkişaf etməmiş ölkələrə öz humanitar yardımını edib. Artıq bu faktı Ümumidünya Səhiyyə Təşkilatı da təsdiq edib. Azərbaycanda həyata keçirilən tədbirlərin böyük əksəriyyəti vətəndaşların rifah halının yüksəldilməsi naminə olduğundan bu istiqamətdə atılan bütün addımların qayəsində insanların sağlamlığı durur. Xatırladaq ki, pandemiyanın geniş yayıldığı ilk anlardan görülən məqsədyönlü tədbirlər nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Lakin bütün görülən tədbirlrə baxmayaraq, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Hazırda ölkədə koronavirusa yoluxanların sayı minə yaxınlaşıb ki, bu da indiki dövr üçün təhlükəli hesab olunur. Sirr deyil ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Baxmayaraq aidiyyati qurumlar tərəfindən ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Lakin müşahidələr deməyə əsas verir ki, əksər hallarda müəyyən olunmuş qaydalara riayət olunmur. Halbuku həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.
Artıq bir ildən artıqdır ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Çox təəssüflər olsun ki, bəzi məsuliyyətsiz insanlar nəinki yaxınlarının, hətta özlərinin həyatlarını təhlükə altına atırlar. Məsuliyyətsizlik o həddə çatıb ki, koronavirus infeksiyasına yoluxmuş şəxs bunu bildiyi halda istimai yerlərdə sərbəst hərəkət etməyi özünə rəva bilir. Vətəndaşlarımız dərk etməlidirlər ki, karantin rejimi qaydalarını pozanlara qarşı mübarizə təkcə dövlətin və hökumət strukturlarının işi deyil, bu məsələdə naliyyətə ictimai nəzarət və ictimai qınaqla da nail olmaq mümkündür. Görüntü isə ondan ibarətdir ki, biz hələ də pandemiyanın dəhşətlərini hiss etdiyimiz anda belə lazımi dərəcədə səfərbər oluna bilmirik.
Belə halda dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı hələ də tapılmadığından peyvəndlənmədən yan keçməməliyik. Vaksin vurdurmaq üçün məhz özümüz təşəbbüs göstərməliyik.Yalnız bu halda yoluxma sayını minimuma endirmək, tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələrdən qurtulmaq mümkündür. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Lakin çoxsaylı soydaşlarımız həmin qoruyucu vasitələrdən rəmzi olaraq istifadəyə üstünlük verir, sanki məsələnin ciddiliyni anlamırlar. Nəticədə koronavirusa qarşı mübarizədə əldə edilmiş mücbət nəticə heçə endirilir, yoluxma və ölüm saylarında artım baş verir. Etiraf edilməlidir ki, karantin qaydalarının yumuşaldılması bəzi insanlarda arxayınçılıq yaratdığındın kütləvi tədbirlərdə iştirak adi hal alıb. Müəyyən edilmiş qadağalara baxmayaraq, kafe və restoranlarda kütləvi tədbirlər, ad günləri, nişan və toy mərasimləri təşkil edilir. Təbii ki, bu zaman maska və digər qoruyucu vasitələrin istifadə, sosial distansiaya riayət olunmasından danışmağa dəyməz. Mütəxəssislərin qənaəinə görə, insanların gur toplaşması, qaydalara riayət edilməməsi koronavirusa yoluxma halını artıran amillərdəndir. Qaydalara əməl olunmadığı, sanitar-epidemioloji vəziyyətin kəskinləşdiyi halda isə karantin rejimi qaydalarının yenidən sərtləşə biləcəyi zərurəti yaranır.
Zəka
Olaylar.az