"Britaniya ştammının yoluxduruculuq qabiliyyəti yüksəkdir" - TƏBİB
18 Mart 2021 13:42 SosialAzərbaycanda yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil.
Olaylar.az bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
V.Əliyev qeyd edib ki, adi bir insan özü COVİD-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz:
"Bu ştammın da əlamətləri eynidir, onun, sadəcə, yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31