Mən və intihar... Aytən Hüseynova YAZIR

Aytən  Hüseynova

Mən daima intihara meyilli olmuşam, hətta uşaq vaxtı iki-üç dəfə buna cəhd etmişəm. Xilas ediblər. Səbəbləri kimin üçünsə adi, kim üçünsə dərin ola bilər.Məsələn:bir dəfə anamı itirməkdən qorxub, bir dəfə atamın təhqirini qəbul edə bilmədiyimdən intihar etmək istəmişəm. Amma yaş artdıqca bu meyillilik bitməyib.

Zamanla cəmiyyətdə özümü tapa bilməmək, diqqətsizliyimdən qarşılaşdığım uğursuzluqlar, bütün varlığımla sədaqətlə, diqqətlə yanaşdığım insanlardan laqeydlik, haqsızlıq və bitməyən problemlər, çarəsizlik, gücsüzlük və hər biri intihara aparan yol olub..

Amma intiharla ən çox inamını itirəndə, güvənini itirəndə, vaz kecə bilmədiyini itirəndə, Allahı itirəndə üz-üzə qalındığını daha dəqiq bilirəm.çünki inam və güvən ruh kimidir, tərk etdimi, geri dönməz və qarşısındakı bədəni cəsədə döndərər. Cəsədi daşımaq isə dəhşətli hissdir.Mütləq intihar etmək, yox olmaq istəyi baş qaldırır. Lakin bu zaman sorumluluqlar meydana çıxır. Bu zaman düşünürsən ki,insan sorumlu olduğu,məsuliyyət daşıdığı yükündən sadəcə intihar bəhanəsi ilə canını qurtarır. Bu da səni haqlı çıxarmaz.Çünki məsuliyyət qarşımıza qoyduğumuz istəklər deyil,qarşımıza qoyulan vaciblərimizdir.

-Ana olmağı secmisənmi?

Secmisən,bəli,demək ki, göz yaşını ürəyinə axıdıb bacardığın qədər məsuliyyətini dərk etməlisən.

-Övlad olmusanmı? Olmusan, demək ki,valideynlərin istəklərinə hörmət etməlisən, həm də valideyn sevgisi o qədər əvəzedilmızdir ki, valideynə kin bəsləməyi düşünə bilmirəm. Bir də unutmayacağımız bur məsələ var ki, valideyn secimi istəklə deyil, hər tipdə insan var.Qarşımıza cıxan valideynlərə dözməliyik.Çünki övladlıq borcumuzdur..

Həyatda,cəmiyyətdə hər gün xoş olmayan hallar yaşayırıq, İstifadə edənlər,fırıldaqçılar,yalançılar,rəngdən rəngə girən tiplərlə qarşılaşırıq.Könlümüzü qıran, bəzən,hökmranlığından istifadə edən, amma "Zəfəranın"nə olduğunu bilməyənlərlə qarşılaşırıq,hönkürüb ağlayırıq. Nə etməli, həyat Nizaminin kəlamları ilə düzələsi ,Nəsimi kimi tərki-dünyalıqla qacılası deyil, Yunus Emrə kimi odunun əyrisini də düz görməklə düzəlmir.

Odur ki,yorulanda, aldanılanda, incidiləndə intihara üz tutmazdan əvvəl məsuliyyətləri düşünmək lazımdır. Məsyliyyətlərimiz bizi göz yaşlarımızı silib yenidən ayağa qalxmağa güc verir və :"Yaşatmaq üçün yaşamaq lazımdlr"chr("39"),-hökmü ilə beynimizdəki İntihar planına qalib gəlir.

O ki qaldı ölümə,lazım gələndə özü səni tapacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31