Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq "Sars Cov-2" genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan "Coronavac" vaksini yeni ştammlara qarşı da effektivdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31