Millət vəkili  “Vətən müharibəsi şəhidlərinin xatirərinə həsr edilmiş ağacəkmə aksiyası” təşkil edib

Millət vəkili Könül Nurullayeva bayram ab-havasını, baharın gəlişini seçicilərilə birlikdə qeyd etmək, xüsusilə, zəfər ilə nəticələnən 44 günlük şanlı vətən savaşında canından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Nizami rayonu 220 saylı orta məktəb-liseyin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil edib. 

"OLAYLAR"-a Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirlərinə töhvə verən aksiyada müəllim-şagird kollektivi, Nizami rayonu sakinləri və könüllülər də iştirak ediblər.
Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, K. Nurullayeva həmçinin 220 saylı məktəb-liseylə də yaxından tanış olub, məktəbin direktoru Lətifə Əzizova və məktəb kollektivi ilə görüşüb.
 

"Baharın gəlişini sizlərlə birlikdə qarşılamaq çox xoş, qəhrəman şəhidlərimizin xatirəsini anmaq isə bir o qədər qürurverici idi" vurğulayan K. Nurullayeva aksiyada iştirak edən bütün könüllü vətəndaşlara minnətdarlığını bildirib. O, Novruz bayramı münasibətilə iştirakçıları bir daha ürəkdən təbrik edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31