Bakı şəhər sakinindən silah-sursat götürülüb
17 Mart 2021 15:12 SosialPaytaxt sakinində silah-sursat aşkarlanıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan "TT" markalı tapança, patron sandığı, 3 ədəd patron götürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31