Dəhşətli qəzada 1 nəfər ölüb, 1-i isə yaralanıb
17 Mart 2021 15:11 SosialSabirabad rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, martın 16-da saat 21 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində Sabirabad şəhər sakini S.Mehdiyevin idarə etdiyi "VAZ-21154" və Bakı şəhər sakini B.Hacıyevin idarə etdiyi "KİA" markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, B.Hacıyev xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31