Ailə üzvlərini qumbara ilə hədələdi

Bakıda ailə üzvlərini qumbara partladaraq öldürməkdə hədələyən şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in "102 - Zəng Mərkəzi"nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib. Bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan "UZRQM-2" markalı qumbara götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31