Ata Abdullayevdən xəbər var
17 Mart 2021 11:56 SosialÖzünü videobloger kimi təqdim edən Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31