Qızlar üçün maraqlı NOVRUZ FALLARI - VİDEO
16 Mart 2021 15:41 SosialBu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini görərsə, bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.
Yumurta və karandaşlar
Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.
Alma falı
Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.
Xeyir-Şər
Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir", "şər" deyib sayırsan. Əgər axırıncı çöp "xeyir" olarsa, məqsədinə çatacaqsan. "Şər" olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.
Başmaq falı
Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.
Sap falı
Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.
Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözü nə olarsa, niyyətə görə yozurlar.
Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.
Yaxın adamın məclisindən bir necə şirni götürüb, yatanda başının altına qoyursan. 10 gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.