Mobil telefonlar və aksesuarları aşkarlanıb
16 Mart 2021 15:33 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. FHN-dən "Olaylar"a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 8 ədəd "İphone 12 Pro" markalı mobil telefonlar, 6 ədəd həmin telefonlar məxsus boş qutu və USB kabel aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31