Vitse-spiker keçmiş məmurları tənqid etdi
16 Mart 2021 14:10 SosialMilli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli keçmiş məmurları tənqid edib."Olaylar" xəbər verir ki, F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiyini diqqətə çatdırıb. Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib. "Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi", - deyə F.İbrahimli əlavə edib. Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb: "Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31