Deputat: “Bəzi icra hakimiyyətləri hələ də elektron xidmətlərdən istifadə etmir”

"Rayon İcra hakimiyyətləri ilə birlikdə dövlət büdcəsindən maliyyələşən 250-dək qurumda elektron xidmət və rəqəmsal tətbiqetmə görülür. Təəssüf ki, digərləri hələ də elektron xidmətlərdən istifadə etmir. Eyni zamanda dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlərin də vahid platformada birləşməsinə ehtiyac var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib. Deputat əlavə edib ki,  işğaldan azad edilmiş ərazilər Prezident tərəfindən irəli sürülən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" konsepsiyaları əsasında yenidən qurulacaq:  "Texnoloji dəyişikliyə hazırlaşmaq, dünyanın qabaqcıl ölkələrində bu sahələrdə təhsil alan gənclərimizə dəstək olmaq lazımdır.  Xaricə universitetlərdə oxuyan tələbələrimizin dəstəklənməsi məsələsinin diqqətdə saxlanılmasını hökumət üzvlərindən xahiş edirəm".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31