Deputat: “Ekoloji problemlərin həlli ilə bağlı sürətli tədbirlər həyata keçirilib”
16 Mart 2021 13:04 Sosial"Azərbaycan müasir çağırışlar çərçivəsində keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Bu mərhələdə də indiyə qədər olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına heç bir şübhə yoxdur". "Olaylar" xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Sadiq Qurbanov deyib. Deputat Azərbaycan Prezidentinin rəhbərliyi altında xalqımızın rifahının yüksəldilməsi məqsədilə ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər surətlə davam etdirildiyini vurğulayıb: "Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi, idarəetmədə çevikliyin və səmərəliliyin təmin edilməsi istiqamətində 2020-ci ildə bir sıra layihələr həyata keçirilib. Ekoloji problemlərin həllinə yönəlmiş məqsədyönlü tədbirlər dediklərimizə əyani misal ola bilər".