Baş nazir: “Ölkədə antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır”

Parlamentdə hökumətin illik hesabatını təqdim edən Baş nazir Əli Əsədov işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqlarda 100 min hektara yaxın ərazidə əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq. "Olaylar"ın xəbərinə görə, Baş nazir bildirib ki, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yeni SES-lərin yaradılmasına şərait yaradacaq və bu, diqqətdə saxlanılacaq: "Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq. Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi Prezidentin bütün tapşırıqlarının vaxtında və tam icrasını təmin edəcək. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir".

Baş nazir bildirib ki, ölkədə antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün sahələri əhatə edir: "2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam edib: "Bununla yanaşı, kadr islahatları, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində görülən tədbirləri xüsusi qeyd etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31