Xəstəxanada 7 nəfər oksigensiz qalıb öldü, Səhiyyə nazirini işdən qovdular - FOTO

Xəstəxanada oksigen tükənməsi 7 nəfərin ölümünə səbəb olub.

Xəstəxanada oksigen ehtiyatının bitməsi nəticəsində tənəffüs aparatına qoşulan 7 Covid xəstəsi dünyasını dəyişib.

Hadisə İordaniyada, As-Salt şəhərində baş verib. Olay ölkədə qalmaqala səbəb olub, etiraz doğurub. Ölənlərin yaxınları və qohumları xəstəxananın həyətinə yığışaraq etiraz aksiyası keçiriblər.

Reuters-in məlumatına görə, bu hadisədən sonra Baş nazir Səhiyyə naziri Nathir Obeidatı vəzifəsindən azad edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31