Evdən qızıl-zinət əşyaları oğurlayan ələ keçib
15 Mart 2021 16:06 SosialLənkəran rayonunda evi qarət edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon ərazisindəki evlərin birindən 2000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31