Elektrik naqili oğurlayan şəxslər saxlanıblar

Hövsan qəsəbəsində elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də Hövsan qəsəbəsindəki yaşayış komplekslərindən birinin həyətindən 4275 manat dəyərində 265 metr yüksək gərginlikli elektrik naqili oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri M.Seyidov və S.Nağıyev saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31