Mineral gübrələrin səyyar satışına başlanıldı

Yeni əkin mövsümü ilə əlaqədar olaraq "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mövsümi mineral gübrələrin səyyar satışına başlanılıb. Fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün "Aqroservis" ASC anbarları mövsümi mineral gübrələrlə tam təchiz edib.  "Olaylar" xəbər verir ki, cəmiyyət fermerlərin işini asanlaşdırmaq məqsədilə 15.03.2021-ci il tarixindən etibarən bütün ölkəni əhatə etməklə, çoxşaxəli səyyar satış xidmətlərinə start verib. Gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil edilir.  "Aqroservis" əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.

Aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi məqsədilə "Aqroservis" ASC gücləndirilmiş iş rejiminə keçib. Belə ki, fermerlər şənbə və bazar günləri də daxil olmaqla "Aqroservis" ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31