41 yaşlı kişi Xocavənddə minaya düşdü
15 Mart 2021 15:21 SosialXocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.
Bu barədə rayon Prokurorluğundan bildirilib.
Belə ki, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və
digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31