Vilayət Eyvazov deputatın rəis oğluna TÖHMƏT VERDİ
15 Mart 2021 15:03 SosialQaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.
Olaylar.az xəbər verir ki, İ.Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.
(unikal.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31