Şahin Seyidzadə Qobustan rayonu Xilmilli kəndində qəbul keçirib

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə  Qobustan rayonunun Bəlkə, Nabur və Xilmilli kəndləri üzrə Xilmilli kəndində fərdi qaydada vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki,  Xilmilli kəndində keçirilən qəbulda ümumilikdə 26 vətəndaş iştirak etmişdir. Keçirilən qəbul haqqında öz sosial şəbəkə hesabında paylaşım edən deputat, səyyar vətəndaş qəbulunda əsasən sosial təminat, vətəndaşlıq, içməli su, infrastruktur, kommunal, torpaq, sağlamlıq və məşğulluq məsələləri üzrə müraciətlərin səsləndirildiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31