Xalq artistimizin tələbə nəvəsi dünyasını dəyişdi
14 Mart 2021 18:47 SosialTanınmış rejissor, xalq artisti Vaqif Əsədovun nəvəsi qəfildən dünyasını dəyişib.
Bu barədə Gənc Tamaşaçılar Teatrından məlumat verilib. Xalq artistinin nəvəsi Emil Əsədov Ukraynada təhsil alırmış.
Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və bütün kollektiv adından dərin hüzünlə başsağlığı verib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Vaqif Əsədovun oğlu Oqtay Əsədov da dünyasını dəyişmişdi.(modern.az)
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31