2022-ci ildə belə 500 nəfərlik toylar icazə verilməyəcək - Həkim - VİDEO

500 nəfərlik toy keçirmək üçün hələ bir müddət gözləmək lazımdır.

Olaylar.az bildirir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib. O bildirib ki, 2022-ci ildə belə 500 nəfərlik toyların keçirilməsinə icazə verilməsi gözlənilmir. 

V. İsmayıl onu da qeyd edib ki, yaxın günlərdə Bakı metrosu fəaliyyətini bərpa edəcək:

"Əgər aktiv xəstə sayı mart ayının sonuna kimi 20 min nəfəri keçməsə və gündəlik yoluxma sayını 1000-1100 arasında saxlaya bilsək, yaxın günlərdə metronun açılması mümkündür. Metropolitendə həftəsonu aparılacaq yoxlamalar da göstərir ki, artıq açılış üçün hazırlıq görülür".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31