“Kənddən Şəhərə” Novruz yarmarkası fəaliyyətə başladı: QİYMƏTLƏR belə olacaq - SİYAHI

Bu gün "Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev  bildirib ki, yarmarkalar 13-19 mart tarixlərində olacaq. 

Belə ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.

Qurum rəsmisi həmçinin "Kənddən Şəhərə" Novruz yarmarkasında olan bəzi məhsulların qiymətlərindən də söz açıb. Onun sözlərin görə,

Qoz 2.90 ₼-dan

Fındıq 2.90 ₼-dan

Şabalıd 4.00 ₼-dan

Qoz ləpəsi 8.00 ₼-dan

Fındıq ləpəsi 13.00 ₼-dan

Səməni 1.00 ₼-dan

Kartof 0.45 ₼-dan

Soğan 0.70 ₼-dan

Mandarin 2.00 ₼-dan

Portağal 1.70 ₼-dan

Alma 0.40 ₼-dan

Armud 1.40 ₼-dan

Xurma 0.50 ₼-dan

Pomidor 1.20 ₼-dan

Kələm 0.35 ₼-dan

Kök 0.50 ₼-dan 

Göbələk 2.00 ₼-dan

Göyərti 0.10 ₼-dan

Kənd çolpası 3.50 ₼-dan

Mal əti 9.50 ₼

Quzu əti 12.50 ₼-dan başlayan qiymətlərlə satılacaq.

Qeyd edək ki, "Kənddən şəhərə" Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31