Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ağır itki
13 Mart 2021 13:06 SosialŞimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Növber Ferit Veçhiyə ağır itki üz verib. "OLAYLAR" Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, xanım diplomatın atası Fedayi Ahmet Ferit dünyasını dəyişib.
Xanım diplomat Növber Ferit Veçhi atası ilə vida mərasimində iştirak etmək üçün qısamüddətli Şimali Kiprə gedib.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31